Del-tourism.com (Del Groups MMC) olaraq, bizim üçün şəxsi məlumatlarınızın qorunması və məxfiliyi çox önəmlidir. Bu qaydalar saytımızdan qeydiyyatdan keçərkən, məhsul sifariş edərkən və digər xidmətlərdən istifadə edərkən topladığımız məlumatlarınızdan necə istifadə olunduğunu, qorunduğunu və bu xidmətlərdə sizin hansı hüquqlara sahib olduğunuzu əks etdirir. Qaydalarla diqqətlə tanış olduqdan sonra yaranmış hər hansı bir sual və ya irad ilə bağlı bizimlə əlaqə saxlamaqdan çəkinməyin. 

1. Topladığımız Şəxsi Məlumatlar 

Onlayn xidmətlərimizdən istifadə etdikdə, sizdən müxtəlif şəxsi məlumatlar toplayırıq. Siz, bu məlumatları xidmətin daha rahat göstərilməsi üçün könüllü olaraq təqdim edirsiniz. Bu məlumatlara aiddir:  

  1. Şəxsi məlumatlarınız: Ad, soyad, ünvan, telefon nömrəsi, e-mail ünvanı, doğum tarixiniz. 
  2. Ödəniş məlumatlarınız: Kredit/debet kartı məlumatları, ödəniş məlumatları (Qeyd:bu məlumatlar yalnız etibarlı ödəniş provayderlərimiz tərəfindən emal olunur və bizim serverlərdə saxlanılmır). 
  3. Əlaqə məlumatlarınız: Müştəri dəstəyi ilə əlaqə qurarkən təqdim etdiyiniz məlumatlar. 
  4. Texniki məlumatlar: Saytımıza daxil olduğunuzda avtomatik toplanan məlumatlar, məsələn, IP ünvanı, brauzer növü, cihazın əməliyyat sistemi, istifadə etdiyiniz dil, saytın hansı səhifələrini ziyarət etdiyiniz və istifadə etdiyiniz vaxt. 
  5. Çərəzlər (Cookies): Saytımızı istifadə edərkən, ziyarətinizlə bağlı məlumatları toplamaq üçün çərəzlərdən istifadə edirik (ətraflı məlumat üçün Çərəzlər Siyasətinə baxın). 

2. Məlumatların İstifadəsi 

Topladığımız şəxsi məlumatları sizə daha yaxşı və daha operativ xidmət göstərmək üçün istifadə edirik. Bura aiddir:  

Sifarişlərin qəbul edilməsi və çatdırılması: Məhsul və ya xidmət sifarişlərinizi icra edir və çatdırılma üçün əlaqə məlumatlarınızdan istifadə edirik. 

Müştəri dəstəyi: Sizinlə əlaqə quraraq hər hansı bir sorğunuzu, şikayət və ya təklifinizi cavablandırırıq. 

Ödənişlər: Ödənişlərinizi icra edirik və müvafiq ödəmə xidmətləri ilə əlaqə saxlayırıq. 

Şəxsi məlumatlarınızı mühafizə edirik: Hesabınızın təhlükəsizliyini təmin etmək, hesabınızla bağlı hər hansı bir pozuntu və ya şübhəli fəaliyyəti aşkar etmək üçün məlumatlarınızı istifadə edirik. 

Təkmilləşdirmə və analitika: Saytımızın funksionallığını yaxşılaşdırmaq, istifadəçi təcrübəsini artırmaq və analitik məlumatları toplamaq. 

Marketinq və reklam kampaniyaları: Sizə yeni məhsul və xidmətlərimiz haqqında məlumat vermək, sizin üçün xüsusi endirimlər, kampaniyalar və təkliflər göndərmək üçün əlaqə məlumatlarınızdan istifadə edirik.  Bu, yalnız sizin icazənizlə həyata keçirilir. 

3. Məlumatların Paylaşılması 

Yalnız aşağıda qeyd edilmiş istisna hallarda şəxsi məlumatlarınız üçüncü tərəflə paylaşıla bilər:  

  1. Xidmət təminatçıları ilə məlumat paylaşımı: Ödəniş provayderləri, logistika şirkətləri (çatdırılma), müştəri dəstəyi və ya digər biznes tərəfdaşlarımızla məlumatlarınızı yalnız xidmətləri yerinə yetirmək məqsədilə paylaşırıq. 
  2. Hüquqi öhdəliklər: Əgər qanuni tələblər və ya hüquqi proseslər (məsələn, məhkəmə qərarı və ya dövlət orqanlarının tələbi) varsa, şəxsi məlumatlarınızı təqdim edirik. 
  3. Biznesdə dəyişikliklər: Şirkətimiz mülkiyyət hüquqlarını və ya fəaliyyətini başqasına satarsa və ya birləşsə, sizin məlumatlarınız yeni sahiblər tərəfindən istifadə edilə bilər. 

4. Məlumatların Üçüncü Tərəflərə Köçürülməsi 

Bizim tərəfdaşlarımız və xidmət təminatçılarımız bəzi hallarda, xüsusən beynəlxalq əməliyyatlarda məlumatları başqa ölkələrə köçürə bilər. Bu halda, məlumatlarınızın qorunmasına dair lazımi tədbirlər görüləcəkdir. 

5. Məlumatların Təhlükəsizliyi 

Şəxsi məlumatlarınızın təhlükəsizliyini təmin etmək üçün biz müvafiq texniki və təşkilati tədbirlər görürük. Məlumatlarınız yalnız etibarlı kanallar vasitəsi ilə, məhdud sayda əməkdaş tərəfindən görülə bilər. Lakin, internet üzərindən məlumatların ötürülməsi tam təhlükəsiz deyil. Biz bu təhlükəsizliyi təmin etmək üçün ən yaxşı təcrübələrdən istifadə edirik, lakin məlumatların tam təhlükəsizliyinə zəmanət verə bilmirik. 

6. Məlumatların Saxlanması 

Şəxsi məlumatlarınızı yalnız qanuni tələb və ya biznes məqsədləri üçün lazım olduğu müddətdə saxlayırıq. Məlumatlarınızın saxlanma müddəti, istifadə məqsədinə görə dəyişə bilər. Misal üçün, sifarişlərin çatdırılması ilə bağlı məlumatlarınızın saxlanma müddəti 3 il ola bilər, ancaq hüquqi məsələlər və ya tələblər olarsa, məlumatlar daha uzun müddət saxlanıla bilər. 

7. Hüquqlarınız 

Şəxsi məlumatlarınıza dair aşağıdakı hüquqlara sahibsiniz: 

  1. Məlumatlara çıxış hüququ: Topladığımız şəxsi məlumatlara istənilən vaxt çıxış əldə edə bilərsiniz. 
  2. Dəyişdirmə və düzəliş: Məlumatlarınızda hər hansı bir yanlış məlumat varsa, onu düzəltmək hüququna sahibsiniz. 
  3. Silmə hüququ: Şəxsi məlumatlarınızı silmək hüququna sahibsiniz. Lakin bəzi hallarda məlumatlarınızın silinməsi hüquqi öhdəliklər səbəbindən mümkün olmaya bilər. 
  4. Etiraz etmək hüququ: Məlumatlarınızın saxlanılmasına və icra edilməsinə etiraz etmək hüququna sahibsiniz. 
  5. Məlumatların ötürülməsi: Məlumatlarınızı başqa bir xidmət təminatçısına ötürmək üçün onların ötürülməsi hüququna sahibsiniz (müvafiq şərtlər daxilində). 

Sahib olduğunuz hüquqlardan istifadə etmək istədiyiniz təqdirdə, bizimlə əlaqə saxlaya bilərsiniz. 

7. Çərəzlər

Saytımızda istifadəçi təcrübəsini yaxşılaşdırmaq və funksionallığı artırmaq məqsədilə çərəzlərdən (cookies) istifadə edirik. Çərəzlər, istifadəçilərin saytdakı hərəkətlərini izləyən və məlumatları saxlayan kiçik fayllardır. Daha ətraflı məlumat üçün Çərəzlər Siyasətinə baxın.

8. Məxfilik Siyasətində Dəyişikliklər 

Biz bu Məxfilik Siyasətini zaman-zaman yeniləyə bilərik. Hər hansı bir dəyişiklik edildikdə, bu səhifədə əks etdiriləcəkdir. Dəyişikliklər qüvvəyə mindiyi andan etibarən tətbiq ediləcəkdir. Zəhmət olmasa, bu səhifəni mütəmadi olaraq yoxlayın.